“Sönməz Məşəl” İctimai Birliyi beynəlxalq təşkilatlara müraciət etdi

16 İyul 2020 - 21:26

“Ermənistan silahlı qüvvələri bu il iyulun 12-dən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasından uzaqda yerləşən Tovuz rayonu ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq hərbi hissələrimizə və dinc əhalinin yaşadığı kəndlərimizə xaincəsinə basqın edib. Nəticədə Azərbaycan ordusunun əsgər və zabitləri, habelə dinc əhalinin nümayəndələri qətlə yetirilib”.

Bu fikirlər “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin beynəlxalq qurumlara, BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə, Avropa İttifaqı Komissiyasına, NATO üzvü olan ölkələrin rəhbərlərinə, Avropa Parlamentinin üzvlərinə ünvanladığı müraciətdən götürülüb.

Müraciətdə 30 ildən bəri Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünə dair faktlar xatırlanır, Ermənistan dövlətinin illərdən bəri davam edən sülh danışıqlarını və atəşkəs rejimini pozması, regionda həyata keçiridiyi vandalizm siyasəti pislənilir.

İctimai birlik Avropa və Asiyanının qovuşuğunda yerləşən Azərbaycana qarşı bu hərbi təcavüzün regionda və dünyada sülhün qorunmasına ciddi təhdid olduğunu bir daha yada salır, beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini pisləməyə və Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırır.