Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək

Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, sosial sahədə dayanıqlığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır: “Bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək. Yəni, hazırda dövlət büdcəsi ilə yanaşı, digər dövlət qurumlarının da bütün ehtiyatları da bu istiqamətə səfərbər edilib”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

Sonrakı məqalə

“Ailənin bir üzvü əmək haqqı alırsa, digər üzvünə birdəfəlik ödəmə verilməyəcək” –