Britaniya Baş Nazirinə pnevmoniya diaqnozu qoyulmayıb

“Baş Nazir Boris Conson süni tənəffüs aparatına qoşulmayıb, o, özü nəfəs alır. Həkimlər ona pnevmoniya diaqnozu qoymayıb”.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin sözçüsü bildirib.

O deyib ki, gecəboyu Baş Nazirin vəziyyəti stabil olub, əhvalı yaxşıdır.

Baş Nazirin sözçüsü B. Consonun mərkəzi Londonda yerləşən “Müqəddəs Tomas” xəstəxanasının reanimasiya şöbəsində olduğunu qeyd edib.

Xatırladaq ki, B. Conson aprelin 5-də müayinə üçün xəstəxanaya müraciət edib, aprelin 6-da isə onun koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cavad Zərif:

Sonrakı məqalə

Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək