Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” elanları- DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə
Sosial şəbəkələrdə
Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” elanları – DİQQƏT
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımların saxta olması ilə bağlı xəbərdarlıq edib.
AzPost-un  xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə xaricdən idarə olunan saxta paylaşımlar artmaqdadır. Diqqətli olun, yalandır, feykdir. Dəstəkləyici rəylərlə insanları aldadırlar”, – E.Hacıyev qeyd edib.

Son günlər  Azərpoçt-un adından müxtəlif xəbərlər yayılır.

Bunlardan biri də itirilmiş bağlamaların 2.28 AZN-ə satılması ilə bağlıdır. Paylaşımda qeyd olunur ki, 6 aydan çoxdur, itirilmiş bağlamaları Azərpoçt simvolik qiymətə satır. Bununla bağlı linkə daxil olmaq təklif edilir.

Paylaşıma bir çox insanlar rəy bildiriblər. Bəziləri bunun “feyk” olduğunu desələr də, bəzilərinin isə diqqətini çəkib.

Bəs bu paylaşımlar doğrudurmu? İtirilmiş bağlamalar 2.28 AZN-ə satılır? Bakupost.az saytı məsələ ilə bağlı Azərpoçt-la əlaqə saxlayıb. Bildirilib ki, yayılan paylaşımlar tamamilə yalandır:

“Dəfələrlə Azərpoçt tərəfindən açıqlamalar verilib. Bu cür xəbərlər saxtadır”.

Qurum bununla bağlı vətəndaşları diqqətli olmağa, dələduzlara inanmamağa çağırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.