Sovet avtomobili və “Bugatti”nin qəribə hibridi olan “Volqatti” –VİDEO/FOTO

Belarusda keçirilən sərgidə qəribə avtomobil nümayiş etdirilib.

AzPost bildirir ki, “Volqatti” adlandırılan avtomobil MBW, Bugatti və GAZ-21-in hibrididir.

Minskdəki Kiber Avtomobillər sərgisində SSRİ-nin  “Volqa GAZ-21” və “Bugatti Chiron” hiperkarının elementlərini birləşdirən xüsusi Volgatti maraqla qarşılanıb. Üzərində üç ildən artıq işləmiş bu layihəni Aleksandr Boriseviçin rəhbərlik etdiyi komanda təqdim edib.

“Bu ideyanı özümüz ortaya qoymadıq. İnternetdə “Moskviç” və “Bugatti Chiron”un birləşdirildiyi bir şəkil gördük. Biz də “Moskviçi” sovet klassiki – köhnə QAZ-21 ilə əvəz etdik”, – şou-karın yaradıcılarından biri Andrey Eysmont Sputnik-ə bildirib.

Volgatti-nin hazırlanması təxminən 100 min dollara başa gəlib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.