Sovet domeni “.su” 2030-cu ilə qədər ləğv ediləcək

Sovet
Sovet

ICANN Beynəlxalq qeyri-kommersiya təşkilatı 2030-cu ilə qədər keçmiş Sovet İttifaqını təmsil edən “.su” domenini mərhələli şəkildə ləğv etməyi planlaşdırdığını rəsmən elan edib. AzPost xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Məlumata görə, bu günə qədər “.su” məkanında 100 minə yaxın domen adı qeydiyyatdan keçib və o, hələ də yeni qeydiyyatlar üçün əlçatandır.

Bununla belə, 2022-ci ildə təsdiq edilmiş ICANN siyasəti ISO 3166-1 standartından kənarda qalan ölkələrə aid domenlərin istismardan çıxarılmasını nəzərdə tutur.

Bu proses adətən beş il çəkir və Milli Adlara Dəstək Təşkilatı ilə (ccNSO) razılaşmaya əsasən daha beş il uzadıla bilər.

Qeyd edək ki, 1992-ci ildə ISO 3166-1 standartından çıxarılan “.su” domeni əvvəllər dəqiq siyasətin olmaması səbəbindən aktiv olaraq qalırdı. Yeni strategiyanın təsdiqindən sonra ICANN domenin mərhələli şəkildə ləğvini həyata keçirməyə başladı.
Qarşıdan gələn qərar ICANN ictimai bildiriş verdikdə rəsmiləşəcək və domenin son deaktivasiyası üçün beş illik geri sayım başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.