Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Viktorenko vəfat edib

Tanınmış sovet və rus kosmonavtı Aleksandr Viktorenko vəfat edib.

Bu barədə Yuri Qaqarin adına Kosmonavtların Tədrisi Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Viktorenko 76 yaşında vəfat edib. O, 1947-ci ilin 29 mart tarixində anadan olub.

Viktorenko “Mir” orbital stansiyasına dörd dəfə uçuş edib və 489 gün kosmosda olub.

Aleksandr Viktorenko Sovet İttifaqı Qəhrəmanının “Qızıl Ulduz” medalı və “Lenin” ordeni, “Oktyabr İnqilabı” ordeni, “Xalqlar Dostluğu” ordeni, III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə və əlavə 8 medalla təltif edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.