Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan və Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağda sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər həmçinin Ermənistan silahlı qüvvələrində geniş miqyaslı islahatların əsas istiqamətlərini və erməni-rus birləşmiş kontingentinin birgə fəaliyətini müzakirə ediblər.
Həmçinin regional məsələlərə toxunulub.