İndoneziyanın içində 53 nəfərin olduğu sualtı qayığı tapılıb

İndoneziyanın Bali sularında itkin düşmüş sualtı qayığı tapılıb.

Bu barədə “Sinxua” agentliyi İndoneziya Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisinə istinadən məlumat yayıb.

“Nanqala” sualtı qayığının Bali dənizində 850 m dərinlikdə aşkarlandığı bildirilir.

Qayıqdakıların aqibəti barədə hələlik xəbər verilmir.

Qeyd edək ki, göyərtəsində 53 nəfərin olduğu sualtı qayıq bir neçə gün əvvəl Bali dənizinin şimal sahillərindən təxminən 90 km məsafədə təlimlərdə iştirak edən zaman yoxa çıxmışdı.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK-nın yeni tərkibi aprelin 27-də təsdiq ediləcək

Sonrakı məqalə

Şoyqu erməni müdafiə naziri ilə Qarabağdakı sülhməramlıları müzakirə edib