Şoyqu İranın müdafiə naziri ilə görüşdü, regionda vəziyyəti müzakirə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşüb.

Azpost.info-nun məlumatına görə, Şoyqu bildirib ki, ölkələr arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə yüksəlir və onlar arasında dialoq xüsusilə intensiv inkişaf edir.

Rusiyalı nazirin sözlərinə görə, ABŞ  və onun müttəfiqlərinin müqavimətinə baxmayaraq, Tehran və Moskva planlaşdırdıqları bütün kompleks tədbirləri həyata keçirməyə hədəflənib.

“Rusiya və İrana qarşı sanksiya təzyiqi onun faydasızlığını göstərir, Rusiya-İran qarşılıqlı fəaliyyəti isə yeni səviyyəyə çatır”-deyə Şoyqu bildirib.

Rusiyanın müdafiə naziri həmçinin Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində gələcək birgə fəaliyyətə hazır olduğunu bildirib. “Görüşlərin yüksək dinamikası müdafiə sektorunda və hərbi əməkdaşlıqda strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün ümumi əhval-ruhiyyəni təsdiqləyir”, – o əlavə edib.

Şoyqu Tehrana dünən, sentyabrın 19-da gəlib. O, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüş keçirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.