“Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əsas tapşırıqları bütövlükdə yerinə yetirilib. Bu da bizə əsas səylərimizi baş məqsədə – Donbasın azad edilməsinə nail olmağa yönəltməyə imkan verir”.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçirdiyi konfransda bildirib.
“Əvvəcə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatının gedişi haqqında danışım. Ümumilikdə, əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib. Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialı əhəmiyyətli dərəcədə azalıb. Bu da bizə əsas diqqət və səylərimizi baş məqsədə – Donbasın azad edilməsinə yönəltməyə imkan verir”, – deyə o, bildirib.