Söyüdlüdə Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilir

Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü keçirilir.

Görüş çərçivəsində “Micon” Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri təqdim olunur.

Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.