“Soyuq hava kütlələri ölkə ərazisinə daxil olur” –Umayra Tağıyeva:

“Bu saata olan məlumata görə, rayonlarda artıq havada dəyişiklik qeydə alınır”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəhbəri Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib: “Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda və Şəmkirdə yağış yağır. Daşkəsəndə isə qar yağmağa başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsgəndər Həmidovu müayinə etmək üçün Türkiyədən həkimlər gəlib –

Sonrakı məqalə

IV ixtisas qrupunda yeni ixtisaslar yaradılıb