“S&P” Azərbaycan iqtisadiyyatının gələn il 2,9% artacağını gözləyir

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycan iqtisadiyyatının 6,9% azalacağını, 2021-ci ildə isə bərpa olaraq 2,9% artacağının proqnozlaşdırır. Eyni zamanda, ölkədə builki illik inflyasiyanın 1,8% səviyyəsində olacağı gözlənilir.

APA-Economics”in məlumatına görə, bu barədə reytinq agentliyinin açıqlamasında deyilir.

Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyətli eskalasiyası fonunda ölkənin hərbi büdcəsinin xərclərinin artması, ev təsərrüfatlarının və sivil infrastrukturun bərpasına yönələcək dəstəyin iqtisadiyyata dəyəcək ziyanın yeni drayverləri olacaq. Ölkədə ÜDM-ə mənfi təsir göstərən faktorlar sırasında COVID-19 pandemiyası və aşağı neft qiymətləri göstərilir.

Qeyd edək ki, agentliyin ÜDMin artımı üzrə 2022-ci və 2023-cü illər üçün proqnozu müvafiq olaraq 5% və 3% təşkil edir. İstehlak qiymətlərinin artımı isə 2021-ci ildə 3,7%, 2022-ci ildə 2,9%, 2023-cü ildə isə 2,5% səviyyəsində olacağı proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərişıq” azad edilmiş ərazilərdə şəbəkə qurmağa hazırlaşır

Sonrakı məqalə

Rusiyada son sutkada 17 347 nəfər COVID-19-a yoluxub