“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları tam tərkibdə istefa verib

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları – Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva istefa verib.

Buna redaktorlardan Azərbaycanın mövqeyinə qarşı materialın verilməsinin tələb edilməsi səbəb olub.

Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb edilib.

Adıçəkilən redaktorlar isə bundan imtina edərək istefa ərizələrini yazaraq rəhbərliyə təqdim edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.