“Sputnik V” peyvəndinin effektivliyi ilə bağlı Rusiyanı təbrik edirəm” –Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrell

“Koronavirusa qarşı “Sputnik V” peyvəndinin effektivliyi ilə bağlı Rusiyanı təbrik edirəm. Bu, bəşəriyyət üçün yaxşı xəbərdir”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. 

“Mən nüfuzlu “The Lancet” elmi jurnalında “Sputnik V” peyvəndinin effektivliyini izah edən elmi hesabatı oxumağıma şadam. Ümid edirəm ki, Avropanın Dərmanlara Nəzarət Agentliyi bu peyvəndin istifadəsini təsdiqləyəcək. Beləliklə də bu peyvəndin Aİ ərazisində istifadəsinə icazə veriləcək”, – deyə C. Borrell vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rayonda arpa, buğda, yonca əkirəm, dolanmaq lazımdır” –

Sonrakı məqalə

Şirvanda Durnanı boğub öldürüblər –