Şri Lankanın yeni prezidenti nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyinə söz verib

Şri Lankanın yeni dövlət başçısı Ranil Vikramasinqhe nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyinə söz verib.

Bu barədə “Report” ““The Guardian”a istinadən xəbər verir.

“Siz hökuməti devirməyə, prezidentin və baş nazirin ofislərini ələ keçirməyə cəhd etsəniz, bu, demokratiya yox, qanunazidd addım olacaq”, – yeni dövlət başçısı deyib.

Ranil Vikramasinqhe siyasi sistemin dəyişdirilməsini tələb edən etirazçıların azlığının səssiz çoxluğun istəklərini boğmasına imkan verməyəcəklərini bildirib.

 

Əvvəlki məqalə

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Sonrakı məqalə

Vatsapda yeni funksiya yaranıb