SSRİ-də keçirilmiş Olimpiya Oyunlarının məşəli hərracda satıldı –

FOTO
27 İyul 2020 - 08:31

Fransanın Kann şəhərində keçirilmiş hərracda 1980-ci ildə Moskvada baş tutmuş Yay Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunmuş məşəl satılıb.

TASS xəbər verir ki, heykəltəraşlar Boris Tuçin və Valentin Lübman tərəfindən hazırlanmış, üzərində Oyunların emblemi və olimpiya işarəsi əks olunmuş məşəl 2500 avroya alıcı tapıb.

Xatırladaq ki, 1980-ci ilin iyul ayının 19-da həmin məşəllə basketbolçu Sergey Belov XXII Yay Olimpiya Oyunlarının alovunu yandırmışdı.