SSRİ-də keçirilmiş Olimpiya Oyunlarının məşəli hərracda satıldı –FOTO

Fransanın Kann şəhərində keçirilmiş hərracda 1980-ci ildə Moskvada baş tutmuş Yay Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunmuş məşəl satılıb.

TASS xəbər verir ki, heykəltəraşlar Boris Tuçin və Valentin Lübman tərəfindən hazırlanmış, üzərində Oyunların emblemi və olimpiya işarəsi əks olunmuş məşəl 2500 avroya alıcı tapıb.

Xatırladaq ki, 1980-ci ilin iyul ayının 19-da həmin məşəllə basketbolçu Sergey Belov XXII Yay Olimpiya Oyunlarının alovunu yandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“O dahidir, tarixin ən yaxşısıdır” –

Sonrakı məqalə

Hindistanda 16-cı əsrə aid Moğol məscidi hind məbədinə çevrildi –