“SSRİ-də çevriliş hazırlandığı barədə ABŞ mənə xəbər vermişdi” –Mixail Qorbaçov

“Əgər “QKÇP” çevrilişinin qarşısını ala bilsəydik, indi tamamilə başqa ölkədə yaşayacaqdıq”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ prezidenti Mixail Qorbaçov 1991-ci ilin avqustunda baş vermiş  və Sovet İttifaqının suqutuna gətirmiş qiyamla bağlı “Komsomolskaya pravda” qəzetinə danışarkən bildirib.

M.Qorbaçovun sözlərinə görə, qiyam ərəfəsində artıq SSRİ-nin yeni İttifaq müqaviləsi hazır idi və bütün respublikalarla razılaşdırılmışdı: “Yeni müqavilədə bizim mərkəzlə müttəfiq respublikalar arasında mövcud problemləri həll etmək imkanımız vardı”.

M. Qorbaçov qeyd edib ki, bu bu yolla SSRİ-ni saxlamaq imkanı vardı: “Bu tam ayrı bir dövlət olacaqdı. Konfedrasiya İttifaqı… Moskva öz səlahiyyətlərini respublkalara verməklə daha fundamental məsələlərlə məşğul olacaqdı. İndiyə qədər də biz digər respublikalarla bir yerdə əkib becərirdik…” 

Mixail Qorbaçov deyib ki, 1991-ci ilin avqustun 1-2-də Qazaxstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Boris Yeltsinlə son dəfə görüşüb:  “Çox ciddi söhbət oldu. İttifaq müqaviləsinin layihəsi tam hazır vəziyyətdə idi. Heç yeni Konstitusiya hazırlamaq da lazım gəlmirdi. Biz bu görüşdə kadr məsələləri barədə danışdıq. Söhbətdə əsas müzakriə obyekti SSRİ müdafiə naziri Yazov və digərlərinin dəyişdirilməsi  idi.  Onların yerinə yeni təyinatlar barədə danışdıq. Sonra məlum oldu ki, DTK bu söhbəti  gizli yazıb və Yazova verib”.

Qorbaçov bildirib ki, Qərb SSRİ -də çevriliş təhlükəsi barədə onlara məlumat çatdırıb: “ABŞ səfirliyinin vasitəsi ilə bir zəng oldu. Dedilər nəsə hazırlanır… Amma konkret məlumat deyildi. Ümumiyyətlə Qərb tərəfdən gələn siqnallara ehtiyatla yanaşmaq lazımdır”.

Mixail Qorbaçov Foros adasına istirahətə getmək qərarının səhv olduğunu deyib. Eks -prezident vurğulayıb ki, belə həssas məqamda Moskvada qalmaq lazım idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşıq limiti 100 kilovatt artırıldı –

Sonrakı məqalə

Daha 20 min işsizin hesabına 190 manat pul köçürülüb –