SSRİ-nin 1991-ci ildəki yeni ittifaq müqaviləsi hələ məxfi sənəd sayılır

“1991-ci ildə SSRİ-nin saxlanması üçün hazırlanmış yeni ittifaq müqaviləsi ilə bağlı sənədlərin üzərindən  məxfi qrifi götürülməyib. Əsas sənədlər Qorbaçov Fondundadır. Ayrı-ayrı kompleks sənədlər isə Prezident Arxivində mühafizə edilir.  Bu dövrün tarixində “ağ ləkələr” çoxdur…”

Azpost.info bildirir ki, bu sözləri  Rusiya Dövlət Sosial-Siyasi Arxivinin baş mütəxəssisi, tarix elmləri namizədi Aleksandr Lukaşin “Sovet İttifaqı necə dağıldı. Nəticələr” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1990-91 – ci illərdə baş vermiş hadisələrin öyrənilməsi üçün ən böyük probelm mənbələrlə bağlıdır.

Lukaşin qeyd edib ki, arxiv materiallarının tədqiqi göstərir ki, SSRİ-də milli məsələlərlə bağlı prezident Mixai Qorbaçov və ittifaq rəhbərliyi respublikaların işinə müdaxilə etməməyə üstünülk verib.

“Burada söhbət mərkəzi orqanların federasiyanın ayrı-ayrı subyektlərinin, milli respublikaların daxili işlərinə müdaxilə etməməsindən gedir. Lakin millətlərarası münasibətlərin kəskin şəkildə pisləşməsi ittifaq rəhbərliyini böhrandan çıxış yolu axtramağa məcbur etdi”. 

Siyasi Büroda diskussiyalardan sonra yeni ittifaq müqaviləsi bazasında federasiyanın yenilənməsinə qərar verilib. Rəsmi olaraq bu barədə 1990-cı ilin fevralında Mərkəzi Komitənin plenumunda səsləndirilib.

“Mərkəzin və müttəfiq respublikaların işçi qrupları ilə birgə hazırlanmış müqavilə layihəsində SSRİ-nin dövlət büdcəsinin vahid olacağı qeyd olunub. İkikanallı vergi sisteminin yaradılması nəzərdə tutulubmuş: Respublikalardan daxil olan vergi və ittifaq büdcəsinə birbaşa ödənilən vergi…”

Yeni ittifaq müqaviləsi ilə bağlı aparılan danışıqlarda əsas büdrəmə isə SSRİ-də mövcud olan muxtariyyətlərlə bağlı məsələdə olub: “Bu məsələ ilə bağlı 1991-ci ilin may-iyun aylarında Novo-Oqaryevoda gedən Hazırlıq Komitəsinin iclasında ciddi disskusiyalar gedib. Nəticədə muxtar vilayətlər, onların yenilənmiş SSRİ-də iştirakı forması sona qədər həll olunmadı”. 

Lukaşin sənədlərə əsasən qeyd edir ki, əgər 1990-cı ildə yeni müqavilənin müzakirələrində əhalinin geniş təbəqələri iştirak edirdisə, 1991-ci ilin yaz-yay aylarında proses ittifaq və respublika liderlərinin dar çərivəsində gizli keçirilib. Mərkəzin və müttəfiq respublikaların partiya və ali dövlət orqanları, o cümlədən Sov.İKP-nin Mərkəzi Komitəsi, SSRİ Ali Soveti qərarların qəbul prosesindən kənarlaşdırılmışdılar: “Konfedrativ əsasda yeni ittifaq müqaviləsinin imzalanması üçün real şans 1990-cı ilin noyabrından, 1991-ci ilin martına qədər olub”,-deyə o vurğulayıb.

Bütün bu prosesi izlədikdən sonra bəlli olur ki, müxtəlif maraqların toqquşması üzündən Novo –Oqaryovo prosesi müsbət nəticə verə bilməzdi. Ona görə də SSRİ-də mərkəzdənqaçma prosesini saxlamaq mümkün deyildi.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ayaz Mütəllibov:

Sonrakı məqalə

“Ayaz Mütəllibov bir neçə dəfə bildirib ki, bu sözləri deməyib” –