SSRİ-nin manyak qatili Çikatilonun oğlu Ukraynada həlak olub

Silsilə qətlləri ilə SSRİ-ni dəhşətə gətirmiş manyak Andrey Çikatilonun oğlu Yuri Ukraynanın Xarkov vilayətində gedən döyüşlər zamanı öldürülüb.
Qeyd olunub ki, Andrey Çikatilonun oğlu Yuri Çikatilo Ukrayna ordusunda döyüşərkən 8 ay əvvəl Xarkov yaxınlığında Rusiya artilleriya atəşinə düşərək itkin düşmüşdü. Onun həlak olduğu məlum olub.
O, ölümündən sonra 2-ci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olunacaq.
Yuri aliment və kredit borclarına görə axtarışda olduğundan Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu.
Onun atası Andrey Çikatilo 53 qətl törətdiyi subut edilib. Çikatilo 1994-cü ildə edam edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.