SSRİ-nin məşhur “Yeralaş” kinojurnalının rəhbəri Boris Qraçevski vəfat edib

SSRİ-nin məşhur Yeralaş” satirik uşaq kinojurnalının bədii rəhbəri Boris Qraçevski koronavirusdan vəfat edib.

RİA Novosti-nin məlumatına görə, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin bildirib.

Boris Qraçevski ötən ilin dekabr ayının sonlarında ağır vəziyyətdə Moskva xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Qraçovski, həmçinin, rejissor, ssenari müəllifi kimi də məşhur idi. O, “Çardaq”, “Notlar arasında, yaxud Tantrik simfoniyası” filmlərinin, eyni zamanda “Sosial Reklam” layihəsinin müəllifidir. Bununla yanaşı, Qraçovski bir neçə sənədli filmi ekranlaşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir