“Vremya” verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı laureatı Kaleriya Kislova 100 yaşında vəfat edib.
Bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.
K.Kislova 1926-cı ildə Sibirdə anadan olub, Rusiya Teatr Sənəti Universitetini bitirib. 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasında işləyib, 1977-ci ildən isə informasiya proqramlarının baş rejissoru olub. O, yarım əsrdən çox informasiya xidmətində çalışaraq sovet və Rusiya televiziyası tarixində ən hörmətli şəxslərdən birinə çevrilib.