“Starlink” peyk interneti İran üçün də əlçatan ola bilər- Mask ABŞ hökumətinə müraciət edəcək

“Starlink” peyk internet xidməti İran üçün də əlçatan ola bilər. Əgər ABŞ hökuməti amerikalı iş adamı, “SpaceX” şirkətinin sahibi İlon Maskın təklifini dəstəkləyərsə.

Azpost.info xəbər verir ki, Mask “SpaceX” şirkətinə məxsus bu internet şəbəkənin İranda da istifadəyə açıq olması üçün ABŞ hökumətinə müraciət edəcək. İş adamı Tehrana qarşı sanksiyalarda bu məsələnin istisna kimi nəzərə alınmasını xahiş edəcək.

Qeyd edək ki, Mask “Starlink” şəbəkəsinin xidmətindən bütün qitələrdə istifadə olunduğunu bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynada vəziyyətin dinc yolla həlli perspektivi nəzərdən keçirilmir” –

Sonrakı məqalə

“Tarixi ədaləti bərpa etmək üçün Donbasda referendum lazımdır”