“Tarixi ədaləti bərpa etmək üçün Donbasda referendum lazımdır” - MEDVEDEV

“Donbasda referendum tarixi ədaləti bərpa etmək üçün lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Luqansk və Donetsk “Xalq Respublikalarında”, həmçinin azad edilmiş digər ərazilərdə keçirilən seçkilər yerli sakinlərin özünü sistemli şəkildə müdafiə edə bilməsi ilə yanaşı, tarixi ədaləti bərpa etmək üçündür.

Medvedev hesab edir ki, bu, seçikilərin geridönüşü olmayan nəticələri olacaq. Çünki onlar Rusiyanın qarşıdakı onilliklər üçün inkişaf istiqamətini tamamilə dəyişir: “Referendum keçirildikdən və yeni ərazilər Rusiyaya qəbul edildikdən sonra dünyada geosiyasi transformasiya geridönüşü olmayan xarakter alacaq”.

Azpost.info

Əvvəlki məqalə

“Starlink” peyk interneti İran üçün də əlçatan ola bilər

Sonrakı məqalə

Azərbaycanın diaspor fəalı Arye Qut vəfat edib