Stomatoloqlardan 1 800 manat icarə haqqı tələbi qiymətlərə necə təsir edəcək?

Diş həkimi
Diş həkimi

Stomatoloji müəssisələr üçün  1200 və 1800 manatlıq “plan” öhdəliyi   bir neçə gündür müzakirələrə səbəb olub. Dövlət tibb müəssisələrində çalışan stomatoloqlara şamil edilən bu öhdəlik bir çox həkimin ciddi narazılığına  səbəb olub.

Maraqlıdır bu tələb prosedurların qiymətlərinə necə təsir edəcək?

AzPost xəbər verir ki, stomatoloq Kəmalə Nəzərova deyir ki, bölgələrdə çalışanlara 1200, paytaxtda çalışanlara isə 1800 manat icarə tələbi qoyulub.

Onun sözlərinə görə, bu tələb həkimlərin fəaliyyətini ciddi şəkildə çətinləşdirir.

Stomatoloq Cəmilə Məmmədova isə bildirir ki, konkret qiymət cədvəli var və ona uyğun müayinə-müalicə aparılır. Həmin qiymətlərlə də tələb olunan icarə məbləğini ödəmək qeyri-mümkündür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.