Alman Rüdiger Koch, Panama sahillərində kapsulda 120 gün qalaraq su altında yaşamaq dünya rekordu qırıb. AzPost xəbər verir ki, bu barədə The Guardian yazır.
O, sahəsi 30 kvadratmetr olan sualtı evdə yaşayıb. “Bu, böyük bir macəra idi. Başa çatdığı üçün təəssüf edirəm” deyə Rüdiger Koch bildirib.
Çarpayı, tualet və televizor olan kapsul 11 metr dərinlikdə yerləşirdi. Elektrik enerjisini günəş panelləri istehsal edirdi və mühəndisin ehtiyat generatoru da var idi.
Koxun kapsulu su üstündəki otağa qoşulmuşdu və bu otaq vasitəsilə o, qida ilə təmin edilmişdir.
Xatırladaq ki, əvvəlki rekord su altında 100 gün davam edən kəşfiyyatçı Cozef Dituriyə məxsus idi. Quruya çıxdıqdan sonra Dituri suda ən çox darıxdığı şeyin günəş olduğunu söyləmişdi.