Sudan hökuməti BMT-nin bu ölkədəki xüsusi nümayəndəsi Volker Pertezi arzuolunmaz şəxs elan edib.
Azpost.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildiriblər.
“Sudan hökuməti BMT Baş katibinə cənab Volker Pertezin bu gündən etibarən persona non-qrata elan edildiyi barədə məlumat verib”, – məlumatda deyilir.
BMT Baş katibinə yazılan məktubda Volker Pertes Sudanla bağlı hesabatlarında obyektiv olmamaqda ittiham edilib.
BMT Baş katibi Antonio Quterreş isə Sudandakı xüsusi nümayəndəsinə tam dəstəyini ifadə edib.
Azpost.info
