“Ay məni daş-qalaq edən məmurlar, əl çəkin məndən…” –Tahir Əmiraslanovdan əsəbi REAKSİYA

Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanov onun haqqında deyilənlərə əsəbi reaksiya verib. 
Azpost.info bildirir ki, kulinar bu barədə paylaşım edib.
Qeyd edək ki,  bir neçə gün əvvəl Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova məşhur kulinar Tahir Əmiraslanovun bir çox layihədən kənarda qalmasına münasibət bildirib.
“Beynəlxalq tədbirlərdə hamı soruşur ki, Tahir Əmiraslanovdan başqa kulinarınız yoxdur?”-deyə A.Hüseynova vurğulayıb.
Bu çıxış sabiq direktorun xoşuna gəlməyib.
T.Əmiraslanov buna reaksiyası sərt olub: “Ay mənı daş qalaq edənlər, ay aşpaz və bu pazları himayə edən məmurlar. Əl çəkin məndən .Vallah billah mən özüm özümü başa çəkmirəm. Bunu böyük alimlər edir. Mən sözlərini yerə sala bilmirəm. Siz elə işləyin ki, Sizi önə çəksinlər mən də Sizinlə fəxr edim”-deyə kulinar yazıb.
Bundan sonra o, beynəlxalq tədbirlərə aldığı son dəvətlərin proqramını nümayiş etdirib.
Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.