SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) üzvü Şahram Poursəfi Ağ Evin keçmiş müşaviri Con Boltona və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Mayk Pompeoya sui-qəsd cəhdində ittiham olunur.
Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bu sui-qəsdin Korpusun lideri Qasam Süleymaninin 2020-ci ilin yanvarında aradan qaldırılması ilə bağlı qisas olduğu iddia edilir.
Prokurorlar bildiriblər ki, 45 yaşlı İran vətəndaşı Poursafi Boltonu öldürməyə görə amerikalıya 300 min dollar ödəməyi vəd edib və ona 1 milyon dollarlıq “ikinci işin” də olduğunu deyib. Bunun da Pompeoya sui-qəsd olduğu ehtimal edilir.
Kanalın mənbələrinin məlumatına görə, Ədliyyə Nazirliyi eks-dövlət katibinə onun da sui-qəsd planının hədəflərindən biri olduğunu bildirib.
Poursafi etiraf edib ki, killer tutmaq üçün ABŞ-da FTB-yə gizli şəkildə məlumat verən şəxslə əlaqə saxlayıb. Ondan killer tapa bilib-bilməyəcəyini soruşub.
İrəli sürülən ittihamlar təsdiqini tapsa, Poursafini 25 il müddətinə azadlıqdan məhrumetmə, həmçinin 250 min dollarlıq cərimə cəzası gözləyir.
Azpost.info