“Sülh planı hazırdır, Trampla ərazi güzəştlərini müzakirə edəcəyik” –Zelenskidən rezonans doğuran Bəyanat

“20 bəndlik sülh planı iştirakçıların 90%-i tərəfindən razılaşdırılıb“.

AzPost bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski bəyan edib.

“20 bəndlik sülh planı 90%-ə hazırdır. Bazar günü Floridada Trampla təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyik”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, bir neçə sənədin ilkin layihələri hazırlanıb, bəzi məsələlər, xüsusən də təhlükəsizlik zəmanətləri yalnız rəhbərlik səviyyəsində müzakirə edilə bilər.

Dövlət başçısı təhlükəsizlik zəmanətlərindən əlavə, iqtisadi sazişin də müzakirə olunacağını bildirib. “Trampla görüşdə ərazi məsələsini, Zaporojye AES-i və digər məsələləri müzakirə edəcəyik”.

Qoşunların sayı məsələsinə gəldikdə, prezident qeyd edib ki, Ukrayna sazişdə nəzərdə tutulan qoşunların sayından məmnundur.

“Saziş demək olar ki, hazırdır, artıq masadadır və onun imzalanması görüşün necə keçməsindən asılı olacaq”-deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya sülh planını təsdiq etməsə heç nə imzalanmayacaq.

“20 bəndlik plana seçkilər və referendum məsələsi daxildir. Düşünürəm ki, Ukraynanın taleyini Ukrayna xalqı həll edir və bu, ədalətlidir”-deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, seçki məsələsi amerikalılar tərəfindən qaldırılıb. Həm seçkilər, həm də referendumla bağlı belə bir halda müzakirə ediləcək əsas məsələ təhlükəsizlikdir. Tərəfdaşlarımızın bunu təmin etmək üçün kifayət qədər resursları var: “Tərəfdaşlarımızla atəşkəs və ya ərazimizdə kontingentlərini yerləşdirmək barədə razılaşmalarımız var. Koalisiya hazırda 30 ölkəni əhatə edir; təfərrüatlar daha sonra açıqlanacaq”.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.