“Sülh planının hazırkı variantı artıq Ukraynanın prioritetlərini əks etdirir”-Təhlükəsizlik Şurasının katibi

ABŞ-ın sülh planının hazırkı variantı artıq Ukraynanın əksər prioritetlərini əks etdirir.

Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov teleqram səhifəsində məlumat verib.

“Sənədin hazırkı variantı, təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir”, – deyə Umerov əlavə edib.

O, Vaşinqtonun Kiyevin şərhlərinə diqqətlə yanaşmasını yüksək qiymətləndirərək bildirib ki, bu, öz növbəsində birgə prosesdə irəliləyiş əldə etməyə imkan verir.

“Biz bu gün daha da irəliləyiş gözləyirik”, – deyə Umerov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ bu günlərdə Ukraynada müharibəyə son qoymaq üçün 28 bəndən ibarət yeni sülh planını təqdim edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.