“Sülh sazişi imzalanmasa…” –ABŞ Kiyevə şərtini açıqlayıb

ABŞ sülh müqaviləsi bağlandıqdan sonra Ukraynaya zəmanət vermək istəyir.

AzPost bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, ABŞ dövlət katibi Marko Rubio Avropa müttəfiqlərinə bildirib ki, Vaşinqton yalnız Rusiya ilə müharibəyə son qoymaq üçün razılaşma bağlandıqdan sonra Ukraynaya hər hansı təhlükəsizlik zəmanəti verməyə razı olacaq.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp müqavilə imzalanana qədər “Ukrayna liderlərini Ağ Evə dəvət etməyəcəyini” bildirib.

Jurnalistlər bir avropalı diplomatdan sitat gətirir: “Bəzi Avropa ölkələri Tramp administrasiyasının tərəzini Rusiyanın xeyrinə dəyişəcəyindən qorxurlar. İnsan hüquqları, humanitar hüquq, beynəlxalq hüquq və ya prinsiplər haqqında bir kəlmə də olsun danışılmır. Bu, boşluqlarla dolu yeni bir Avropa təhlükəsizlik arxitekturası yaradır”.

26 noyabrda “The New York Times” qəzeti həmçinin bildirib ki, ABŞ prezidentinin xüsusi elçisi Daniel Driskol Kiyevdəki avropalı diplomatlara sülh planını təqdim edərkən onları Rusiyadan təkcə Ukraynaya deyil, həm də Avropaya artan raket təhlükəsi barədə xəbərdar edib. Bununla da tez bir həll yoluna ehtiyac olduğuna işarə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.