“Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb” –HİKMƏT HACIYEV

Sülh sazişi layihəsi ilə bağlı təxminən 70 faiz məsələ razılaşdırılıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan da öz növbəsində, Qarabağın erməni sakinləri ilə bağlı etnik azlıq məsələsini qəbul etməli və bu məsələ sülh sazişində əks olunmalıdır:

“Bu, qarşılıqlı proses olmalı idi. Əfsus ki, törədilən hibrid müharibələr, mənfi tendensiyalar növbəti intensiv danışıqların keçirilməsinə mane oldu. Hələ də bu məsələ Azərbaycanın gündəliyindədir və Azərbaycan hələ də sülh sazişinin tərəfdarıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.