“Sülh sazişinin maddələri razılaşdıracağına inanırıq” –HAKAN FİDAN

Hakan Fidan
Hakan Fidan Azərbaycana gəlib

Qarabağın işğalının sona çatması bölgədə davamlı sülh üçün əsas mərhələdir. Regional sülhün davamlı olması lazımdır.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Cənubi Qafqazda olan qeyri-sabit vəziyyət heç kimin xeyrinə olmayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev həm bölgə, həm də Azərbaycanın inkişafı üçün addımlar atır”.

Hakan Fidan qeyd edib ki, davamlı sülh üçün bir neçə maddənin də razılaşdırılması lazımdır: “Ümid edirik ki, 2025-ci ildə bu maddələr də razılaşdırılar”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.