“Sülhdən başqa heç bir alternativ yoxdur…” –Baş nazirinin müavini Şahin Mustafayev

Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.

“Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu, ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər”, – o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.