“Sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcək” –ƏRDOĞANDAN BƏYANAT /VİDEO

“Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya Qarabağı tərk edəcək”

Azpost.info bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanır: “Razılaşma belədir. Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” – deyə Ərdoğan qeyd edib.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.