Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Sülhməramlılar ermənilərin silahlı dəstələrini müşayiət edir” –

User 07 Mart 2023 - 19:34 (Last updated: 21 May 2025 - 20:15)
mudafie

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Bu barədə MN məlumat yayıb.

Qeyd olunub ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

“Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.
Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir”, – MN-in məlumatında deyilir.

Post navigation

Previous: DİN rəsmisi inkassatora silahlı hucumla bağlı bəzi detalları açıqladı –
Next: Azərbaycan Ermənistana xəbərdarlıq edib

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02

xƏBƏR

Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Azərbaycanda polis əməkdaşları noyabrın 10-da itkin düşmüş kimi axtarılan 3 nəfərin yerini müəyyən ediblər. Bu barədə DİN-dən...
Read more about İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı
Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir? market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir? ABŞ Rusiya və Ukrayna
  • Dünya

Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir?

User 11 Noyabr 2026 - 10:17
Bir gündə 35 axtarışda olan şəxs tutuldu – Onlardan 19-u borclu olub DIN
  • Sosial

Bir gündə 35 axtarışda olan şəxs tutuldu – Onlardan 19-u borclu olub

User 11 Noyabr 2026 - 10:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.