Sülhməramlıların maşını atəşə tutulub –Rusiya hərbçiləri həlak olub

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub və orada olan hərbçilər həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil kiçik atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rusiyali hərbçilər həlak olub.” – məlumatda qeyd edilib.

Nazirlikdən bildiriblər ki, Rusiya və Azərbaycanın istintaq orqanlarının nümayəndələri rus hərbçilərinin ölümü ilə bağlı hadisə yerində araşdırma apararırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.