“Sülhməramlıların Qarabağda qalma şərtlərini yalnız Bakı ilə müzakirə edəcəyik” –Rusiya XİN

“Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək”.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. “Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Sonrakı məqalə

Bu peşədə çalışanlar da güzəştli şərtlərlə əmək pensiyası alacaqlar –