Sülhməramlıların tibb avtomobili Xankəndinə gedib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Laçından Xankəndi istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir tibb avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Əvvəlki məqalə

“Çiynimdə dəhşətli ağrı hiss elədim…” –

Sonrakı məqalə

Bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq