“Sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycanla təmaslara hazırlıq gedir”- Rusiya XİN

“Qarabağda rus sülhməramlılarının fəaliyyəti ilə bağlı Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir, məsləhətləşmələr müntəzəm xarakter daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, tərəflər bir sıra məsələləri, o cümlədən erməni sakinlərin Qarabağa qaytarılmasını, birgə patrulların təşkilini, tarixi və dini abidələrin mühafizəsini müzakirə edirlər.

“Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bizim dialoqumuz müntəzəm və konstruktivdir”, – Zaxarova qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyevin andiçmə mərasimində ÇIXIŞI –

Sonrakı məqalə

Almaniyanın Çinə birbaşa investisiyası rekord həddə çatıb