Sülhməramlıların təminatı üçün gətirilən vasitələr təyinat yerinə çatdırılıb

01 Dekabr 2020 - 18:34

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.