Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları çadırları söküblər- VİDEO

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları quraşdırdıları çadırları söküblər.

APA-nın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, sökülən çadırlar avtomobillərə yığılaraq Laçın istiqamətində aparılır.

***

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.

Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər.

Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 13 gündür davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.