“Ümid edirik problemi dinc istiqamətə ötürə biləcəyik” –- PUTİN QARABAĞDAN DANIŞDI

“Rusiya sülhməramlıları regionda hərbi əməliyyatların başlanması fonunda Qarabağda mülki əhalinin müdafiəsi üçün hər şeyi edirlər”

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İ ilə görüşündə deyib.

Putin ümidvar olduğunu bildirib ki, gərginliyin azaldılmasına və problemin dinc istiqamətə keçməsinə nail olmaq mümkün olacaq: “Biz tərəflərin hakimiyyət orqanları ilə daim əlaqə saxlayırıq. Ümid edirik ki, gərginliyin azaldılmasına nail ola və problemi dinc istiqamətə ötürə biləcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

Sonrakı məqalə

Putin Si Cinpinin dəvətini qəbul etdi