“Sülhməramlıların çıxarılması İlham Əliyevin möhtəşəm qələbəsidir” –ƏLİ İNSANOV

Əli İnsanov
Əli İnsanov

“Prezident İlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın qeyri-anklav kəndlərinin azad olunması İlham Əliyev siyasətinin və diplomatiyasının uğuru və möhtəşəm qələbəsidir”.

Azpost.info bildirir ki, bu sözləri Haqq-Ədalət Partiyasının sədri Əli insanov bəyanatında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhəddinin delimitasiyası üzrə Dövlət Komissiyasının 6 konseptual istiqamətdə əldə olunan nəticə, ilk növbədə Prezident İlham Əliyevin uzun illər apardığı gərgin siyasi və diplomatik fəaliyyətinin nəticəsidir.

“Nəticədə xarici qüvvələrin müdaxiləsinə imkan vermədən Azərbaycan-Ermənistanla birgə qarşılıqlı anlaşma şəraitində Prezident İlham Əliyevin təklif etdiyi formada bu məsələni həll edə bildilər və problemin həlli Azərbaycan Prezidenti İlham Əliyevin istədiyi kimi də oldu”.

Əli İnsanov bildirib ki, 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası, Rusiya sülhməramlılarının çıxarılması və 4 qeyri-anklav kəndin qaytarılması əsrlərlə davam edən Qarabağ probleminin həllinin son mərhələsi olaraq yekunlaşmaqdadır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.