“Sülhü güc yolu ilə təmin edəcəyik”- Trampın Ukrayna üzrə elçisi

Donald Tramp administrasiyasında Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə namizəd olan Kit Kelloq ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın sözlərini təkrarlayaraq sülhü güc yolu ilə təmin edəcəyinə söz verib.

Azpost.info xəbər verir ki, o, Bu barədə “X”-də yazıb.

“Mən Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə köməkçisi və xüsusi elçisi kimi xidmət etməkdən şərəf duyuram. Prezident Trampla işləməkdən həzz almışam. Güc vasitəsilə sülhü təmin etmək və ABŞ-ın maraqlarını inkişaf etdirmək üçün yorulmadan çalışmağı səbirsizliklə gözləyirəm”, – Kelloq bildirib.

1981-1989-cu illərdə ABŞ lideri olan Reyqan xarici siyasət prioritetlərini təsvir etmək üçün “güc vasitəsilə sülh” anlayışından istifadə edib. Siyasətçi iddia edirdi ki, güclər balansı illüziyadır və sülhü güc yolu ilə axtarmaq lazımdır.

Noyabrın 27-də Tramp Kelloqu köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.