“Sülhün pozulması regionumuza ciddi fəsadlar gətirib” –Gürcüstanın Baş naziri

İrakli Kobaxidze
İrakli Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilmiş görüşə münasibət bildirib.

Baş nazir jurnalistlərə deyib ki, bu danışıqlar yekunda sülhlə bitəcək.

“Əsas odur ki, regionumuzda sülh bərqərar olsun. Sülhün pozulması regionumuza, xüsusən də Avropa qitəsinə çox ciddi fəsadlar gətirib. Bunlar siyasi və iqtisadi problemlərdir. Bizim üçün əsas məsələ sülhün bərqərar olmasıdır. Ümid edirik ki, bu danışıqlar son nəticədə bütün Avropada sülhün bərqərar olması ilə başa çatacaq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.