Sultan balığı, qızardılmış quzu əti…-Putin və Ərdoğan Soçidə günorta nə yeyiblər? (FOTOLAR)

Xəbər verdiyimiz kimi bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri görüşüb.

Azpost.info RİA-ya istinadən bildirir ki, Putin və Ərdoğanın işçi naharının menyusu məlum olub.

Prezidentlərin nahar menyusuna xiyar və avokado ilə hisə verilmiş qızılbalıq salatı, yeralması və pomidor şirəsində bişmiş sultan balığının filesi, həmçinin mal əti ilə xarço şorbası daxildir.

İsti yeməklərdən isə ispanaq püresi ilə qızardılmış quzu əti və ya kefal ilə seçmə tərəvəz təklif edilib.

Desertə “quş südü” verilib.

Naharda liderlərə “Divnomorskoye Usadba” ağ və qırmızı şərabı da təklif olunub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.